BAKI, 14 avqust. TELEQRAF

Böyük Britaniya hakimiyyəti Ukraynada hərbi sülhməramlı qüvvələr yerləşdirmək planlarından imtina edib.

Teleqraf xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

Məlumata görə, Britaniya artıq Ukraynaya 30 minlik kontingent göndərməyi planlaşdırmır.

Bunun əvəzində Baş nazir Kir Starmerin Ukrayna üzərində hava təhlükəsizliyini təmin etmək barədə düşündüyü iddia olunur. O, Ukrayna qoşunlarının təliminə köməklik göstərmək və Qara dənizin minalardan təmizlənməsini əhatə edən missiyanı həyata keçirməyə çalışır.