BAKI, 11 avqiust. TELEQRAF
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 19-cu sanksiyalar paketini hazırlamaq niyyətindəyik.
Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas deyib.
Avropa diplomatiyasının rəhbəri bildirib ki, Aİ Rusiya-Ukrayna münaqişəsi bitməyənə qədər güzəştə getmək niyyətində deyil.
O bildirib: "Addımların ardıcıllığı vacibdir. Rusiya tam və qeyd-şərtsiz atəşkəsə razılaşana qədər heç bir güzəşti müzakirə belə etməməliyik".