BAKI, 9 avqust. TELEQRAF

Vladimir Putin Rusiya və SSRİ tarixində Alyaskaya səfər edən ilk lider olacaq.

Teleqraf xəbər verir ki, onun ABŞ Prezidenti Donald Trampla görüşmək üçün bu ştata səfəri 15 avqust tarixinə planlaşdırılıb.

Qeyd edək ki, Alyaska amerikalılar arasında da məşhurluğu ilə seçilən ştatlardan hesab edilmir. Statistikaya əsasən, bir amerikalı həyatı boyunca 15 ştatı ziyarət edir. Alyaskanın adı isə bu siyahıda yoxdur. ABŞ vətəndaşlarının yalnız 12 faizi Alyaskada olub.