BAKI, 5 avqust. TELEQRAF

Çeçenistan lideri Ramzan Kadırov səhhətinin yaxşı olduğunu bir daha bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə o, videoçarxı Teleqram kanalında dərc olunan görüşdə deyib.

R.Kadırov bildirib: "Bir daha təkrar edəcəyəm ki, düşmənlərimiz bilsinlər: mən sağlamam. Hər gün görüşlər keçirməyimə ehtiyac yoxdur, çünki bütün sahələrdə köklü və uğurlu iş gedir".

2025-ci ilin mayında R.Kadırov xəstəliyi ilə bağlı xəbərləri şərh edib. O, ölümlə bağlı söhbətlərin şayiə olduğunu söyləyib.