BAKI, 5 avqust. TELEQRAF
Rusiyada “LazerBuzz” şirkətinin "Posox" proqramı çərçivəsində hazırladığı ən yeni kompakt ölçülü lazer sistemi uğurla sınaqdan keçirilir.
Teleqraf xəbər verir ki, sınaqlar zamanı 100 metr məsafədən 10 millimetrlik polad lövhəni vurmaq mümkün olub.
Əvvəlki sınaqlarda bu cihaz vasitəsilə cəmi bir saniyə ərzində pilotsuz uçuş aparatı (PUA) tamamilə sıradan çıxarılıb, həmçinin təxminən 500 metr məsafədən oxşar PUA-nın mühərrikini məhv etmək mümkün olub. Bu lazer sistemlərindən dronlarla mübarizədə istifadə ediləcəyi bildirilir.