BAKI, 25 iyul. TELEQRAF

İsrail və Suriya son 25 ildə ilk yüksək səviyyəli danışıqlarını keçirib.

Teleqraf “Axios”a istinadən xəbər verir ki , görüş Parisdə ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barrakın vasitəçiliyi ilə baş tutub.

Məlumata görə, danışıqlarda İsrailin strateji planlaşdırma naziri Ron Dermer və Suriya keçid hökumətinin Xarici İşlər Nazirliyinin rəhbəri Əsəd əl-Şeybani iştirak ediblər.

Dörd saat davam edən görüşdə əsas mövzu ölkələr arasında gərginliyin azaldılması olub.

İsrail mənbələri bildiriblər ki, tərəflər Suriyanın cənubunda təhlükəsizlik və atəşkəs barədə razılığa gəlmək niyyətində olublar.

Qeyd olunur ki, İsrail və Suriya son aylarda artıq bir neçə görüş keçirib. Paris danışıqları ölkələr arasında etimadı gücləndirmək üçün ilk addım olacaq.