BAKI, 15 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın verdiyi bəyanat çox ciddi xarakter daşıyır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Onların bəziləri birbaşa Prezident Vladimir Putinə ünvanlanıb. Əlbəttə ki, Vaşinqtonda deyilənləri təhlil etmək üçün bizə vaxt lazımdır”, – Peskov vurğulayıb.
Qeyd edək ki, ABŞ Ukrayna ilə bağlı razılaşma əldə olunmasa, Rusiyaya və onun ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edəcək.