BAKI, 14 iyul. TELEQRAF
Ermənistanın baş naziri Nikol Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında keçirilən Paris görüşündə Ermənistan-Azərbaycan mövzusu diqqət mərkəzində olub.
Teleqraf xəbər verir ki, bu barədə Fransa prezidenti sosial şəbəkə hesabında yazıb.
O, Ermənistanın baş naziri ilə danışıqların təfərrüatlarını açıqlayıb və postu erməni dilində yazıb.
Makron qeyd edib: “Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması regionun bütün xalqları və ölkələri, eləcə də onun hüdudlarından kənarda olanlar üçün yeni səhifə aça bilər”.
***
22.00
Yelisey sarayında Ermənistanın Baş naziri Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makron arasında görüş baş tutub.
Teleqraf “Armenpress”ə istinadən xəbər verir ki, görüşdə Ermənistan-Fransa münasibətlərinin gündəliyində duran bir sıra məsələlər, o cümlədən birgə proqramların həyata keçirilməsi müzakirə olunub.
Baş nazir Brüsseldə keçirilən müzakirələrə toxunaraq, Ermənistan hökumətinin Avropa İttifaqı ilə əməkdaşlığın dərinləşdirilməsinə diqqət yetirdiyini vurğulayıb.
Həmçinin regional əhəmiyyətli məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.