BAKI, 14 iyul. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Baş nazirin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenkoya ölkənin Nazirlər Kabinetinə rəhbərlik etməyi təklif edib.

Teleqraf xəbər verir ki, dövlət başçısı bunu sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, iyulun 14-də Y.Sviridenko ilə görüşüb.

“Ukraynanın iqtisadi gücünün artırılması, vətəndaşlara dəstək proqramlarının genişləndirilməsi və yerli silah istehsalının gücləndirilməsi ilə bağlı konkret addımları müzakirə etdik”, - V.Zelenski vurğulayıb.

O qeyd edib ki, bu istiqamətdə ölkədə icra hakimiyyətinin strukturunda dönüş yaratmağa başlayırlar: “Mən Yuliya Sviridenkonu Ukrayna hökumətinə rəhbərlik etməyə və onun fəaliyyətini köklü şəkildə yeniləməyə dəvət etdim. Yaxın zamanda yeni hökumətin fəaliyyət strategiyasının təqdim olunmasını gözləyirəm”.

Qeyd edək ki, Ukraynanın hazırkı Baş naziri Denis Şmıqaldır. O, 2020-ci ilin martından sözügedən postu tutur.