BAKI, 9 iyul. TELEQRAF

Türkiyənin xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər rəsmi səfərlə Pakistana gediblər.

Teleqraf xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Hakan Fidan Pakistan tərəfi ilə iki ölkənin maraq dairəsində olan əsas məsələləri müzakirə edəcək.

Yaşar Gülər isə Pakistan rəhbərliyi ilə müdafiə və təhlükəsizlik sahəsində fikir mübadiləsi aparacaq.

XİN-in açıqlamasında vurğulanıb ki, bu səfər Pakistan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin və qarşılıqlı inamın bariz nümunəsidir.