BAKI, 8 iyul. TELEQRAF
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb.
Teleqraf xəbər verir ki, bu barədə o, Ağ Evdə ABŞ Prezidenti ilə görüşü zamanı bildirib.
"Sizə Nobel Komitəsinə göndərdiyim məktubu təqdim etmək istəyirəm. Bu məktub sizin Nobel Sülh Mükafatına namizədliyinizi irəli sürür. Siz bu mükafata layiqsiniz və onu almalısınız", - İsrail Baş naziri söyləyib.
Netanyahu Trampın “dünyada və xüsusilə Yaxın Şərqdə sülh və təhlükəsizliyə nail olmaq” istiqamətindəki səylərini yüksək qiymətləndirdiyini sözlərinə əlavə edib.