BAKI, 30 iyun. TELEQRAF

Bu gün Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Kaya Kallas İrəvanda rəsmi səfərdədir.