BAKI, 24 iyun. TELEQRAF
“İsrail dayanmayacaq. HƏMAS-ı məğlub edərək, bütün girovları azad edəcəyik”.
Teleqraf xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu xalqa videomüraciətində deyib.
Onun sözlərinə görə, İsrail Qəzza zolağında əməliyyatları bütün girovlar azad olunana qədər davam etdirəcək: “Böyük nailiyyətlərimizə baxmayaraq, biz dincəlməyəcəyik”.