BAKI, 22 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp təxminən may ayının ortalarında İranla aparılan danışıqların faydasız olduğuna əmin olub və bu səbəbdən Tehrana qeyri-rəsmi şəkildə ultimatumlar göndərib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens bildirib.

"Tramp İranla diplomatik prosesin irəliləmədiyini gördü və nəticə əldə edilmədiyini düşünərək təzyiq dilinə keçdi", – o qeyd edib.