BAKI, 21 iyun. TELEQRAF

Pakistan hökuməti ABŞ Prezidenti Donald Trampın 2026-cı il Nobel Sülh Mükafatına namizədliyini rəsmən irəli sürüb.

Teleqraf xəbər verir, bu barədə İslamabad administrasiyası rəsmi “X” hesabında məlumat yayıb.

Məlumata görə, buna səbəb kimi Trampın Pakistan və Hindistan arasında son hərbi gərginliyin azaldılmasındakı rolu göstərilib.

Rəsmi İslamabadın bəyanatında bildirilir: “Donald Trampın diplomatik təşəbbüsü və qətiyyətli rəhbərliyi sayəsində nüvə silahına malik iki ölkə arasında genişmiqyaslı müharibənin və milyonlarla insanın həyatının riskə atılmasının qarşısı alınıb. Prezident Tramp olduqca həssas bir zamanda həm İslamabad, həm də Yeni Dehli ilə əlaqə saxlamaqla böyük strateji uzaqgörənlik və nümunəvi addım nümayiş etdirdi. Bu səylər potensial dağıdıcı münaqişəni dayandıran atəşkəsə yol açdı".