
BAKI, 22 may. TELEQRAF
İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin baş katibinə məktub göndərərək, nüvə obyektlərinin İsrailin təhdidlərindən qorunması üçün xüsusi tədbirlər görməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Abbas Əraqçi Antonio Quterreşə yazdığı məktubda “sionist rejimin hər hansı avantürizminin” nəticələri barədə xəbərdarlıq edərək, ABŞ hökumətinin İsrailin hərəkətlərinə görə hüquqi məsuliyyət daşıdığını vurğulayıb.
"İran İslam Respublikası öz vətəndaşlarını və qurumlarını "hər hansı terror və ya təxribatçı hərəkətlərdən" qorumaq üçün beynəlxalq hüquqa uyğun olaraq bütün lazımi tədbirləri görəcək" - deyə, məktubda bildirilir. .
O əlavə edib ki, İran İsrailin istənilən təhdid və ya qanunsuz hərəkətlərinə qətiyyətlə cavab verəcək.