BAKI, 17 may. TELEQRAF

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında mümkün görüş yalnız nümayəndə heyətləri səviyyəsində müəyyən razılaşmalar əldə olunduqdan sonra keçirilə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, belə yüksək səviyyəli görüş yalnız praktiki nəticələr verəcək danışıqların sonunda gündəmə gələ bilər: “Prezidentlərin görüşü uğurlu razılaşmalara əsaslanmalıdır. Təkcə görüş naminə görüş keçirmək mənasızdır.”

D. Peskov həmçinin vurğulayıb ki, Rusiya Kiyevin danışıqlara real və konstruktiv yanaşmasını gözləyir. Əks halda, belə bir görüşün keçirilməsi mümkün görünmür.