BAKI, 15 may. TELEQRAF
Rusiya Qırğızıstanda kiçik atom elektrik stansiyasının (AES) tikintisinə başlamağa hazırdır.
Teleqraf xəbər verib ki, bu barədə Rusiyanın "Rosatom" dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçyov deyib.
"Hazırda tərəfdaşlarımız mərhələləri və lazımi gücü dəqiqləşdirməklə məşğuldurlar. Layihənin konkret konfiqurasiyası ilə bağlı son sorğu daxil olduqda, biz dərhal onun həyata keçirilməsinə başlamağa ümid edirik", - o bildirib.
Lixaçyov həmçinin qeyd edib ki, Moskva Qırğızıstana RITM-200N qurğusu əsasında 110-440 MVt-dək gücü olan bloklu AES layihəsini təklif edir. Artıq Özbəkistan ilə müqavilələr imzalanıb, Myanma ilə bu istiqamətdə danışıqlar aparılır.