BAKI, 14 may. TELEQRAF
"Münaqişənin başa çatması və insan həyatların xilas edilməsi üçün rusiyalı həmkarım Vladimir Putinlə görüşməyə hazıram.
Teleqraf xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp bildirib".
Tramp müharibənin bitməsinə və insan həyatlarının qorunmasına kömək etdiyi təqdirdə gərgin iş cədvəlinin görüşə mane olmayacağını bildirib. O, görüşün Türkiyədə baş tutma ehtimalını istisna etməyib, ancaq cümə axşamı günü cədvəlinin tam dolu olduğunu bildirib.