BAKI, 23 aprel. TELEQRAF

Londonda Ukraynanın nizamlanması üzrə danışıqlarda ABŞ-ni Prezident Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq təmsil edəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Tammi Bryus məlumat verib.

Onun sözlərinə görə, Dövlət katibi Marko Rubio sıx iş qrafikinə görə Londona gedə bilməyib.

Aprelin 23-də Ukrayna, Böyük Britaniya, Fransa və ABŞ nümayəndələri Londonda görüşərək Ukrayna münaqişəsinə mümkün son qoyulmasını müzakirə edəcəklər.