BAKI, 4 aprel. TELEQRAF

ABŞ Rusiyayla danışıqları davam etdirir və Ukraynanın tənzimlənməsi üçün sülh planı hazırlayır, amma Qərbi Avropa ABŞ Prezidenti Donald Trampa nifrət edir və Ukraynada uzunmüddətli müharibə üçün plan tərtib edib.

Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.

"Qərbi Avropalılar hərbi plan hazırlayıblar. Bu hazırlığa əsasən, Avropa Ukrayna ordusunu maliyyələşdirməyə və uzunmüddətli müharibə aparmağa böyük miqdarda vəsait xərcləyəcək",- o qeyd edib.