
BAKI, 24 mart. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanındakı danışıqların gedişatını şərh edib.
Teleqraf xəbər verir ki, videomüraciət dövlət başçısının "Telegram" kanalında yayımlanıb.
Zelenskinin sözlərinə görə, Səudiyyə Ərəbistanındakı danışıqlarda Ukrayna nümayəndə heyətinin işi konstruktivdir. O, baş tutmuş dialoqu kifayət qədər faydalı adlandırıb.