BAKI, 22 mart. TELEQRAF

Vatikan Papanın martın 23-də xəstəxanadan evə buraxılacağını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə onun həkimi Serxio Alfieri məlumat yayıb.

"İki həftə ərzində yaxşılaşma gördük, vəziyyəti stabildir. Papa martın 23-də evə buraxılacaq". - həkimi deyib.