BAKI, 2 mart. TELEQRAF

Macarıstanın Baş naziri Viktor Orban ABŞ Prezidenti Donald Trampın və Ukrayna lideri Volodimir Zelenskinin Ağ Evdə görüşünü "pis hadisə" adlandırıb.

Teleqraf xəbər verir ki, siyasətçi fikirlərini TV2-yə müsahibəsində bölüşüb.

Orban Ağ Evdə bu görüşün Avropada sülhün gələcəyi üçün məyusedici olduğunu vurğulayıb.

Macarıstan hökumətinin başçısı bildirib ki, Zelenski Amerika tərəfinin təklif etdiyi şərtlərlə sülhü qəbul etmək istəmədiyini nümayiş etdirib.

O qeyd edib ki, Trampın hərəkətləri gözlənilməz olsa da, əvvəllər bəyan edilmiş sülh yolu ilə həllə nail olmaq niyyətlərinə uyğundur.