BAKI, 2 mart. TELEQRAF

ABŞ-nin müdafiə naziri Pit Heqset Meksika sərhədinə Stryker zirehli transportyorları ilə təchiz olunmuş bölmələr, eləcə də 2500-3000 əsgər göndərilməsi barədə göstəriş verib.

Teleqraf xəbər verir ki, bu barədə "Washington Post" qəzeti Pentaqondakı mənbələrə istinadən yazır.

Bildirilir ki, Pentaqonun rəhbəri cümə günü müvafiq əmr verib.

Nəşrin məlumatına görə, söhbət Kolorado ştatındakı Fort Karson hərbi bazasında yerləşən 4-cü Piyada Diviziyasının 2-ci Stryker briqadasının hərbçilərindən gedir.