BAKI, 19 fevral. TELEQRAF

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro dövlət çevrilişinə cəhddə ittiham edilir.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Ona qarşı Braziliyanın hazırkı lideri Luiz İnasio Lula da Silvanın həyatına sui-qəsd də daxil olmaqla, dövlət çevrilişinə cəhdlə bağlı ittiham irəli sürülüb.

Ümumilikdə bu iş üzrə 34 nəfər təqsirli bilinir.