
BAKI, 19 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp amerikalı könüllülərin Ukraynaya göndərilməsinə icazə verib.
Teleqraf xəbər verir ki, Ağ Ev rəhbəri buna etiraz etməyib.
Tramp vurğulayıb: "Orada qoşunlarımızın olması yaxşı olardı, mən bunun əleyhinə olmazdım".
O bildirib: "Kiyev bu təklifi qəbul edərsə, mən də onu təqdir edərəm".
Lakin Ağ Ev rəhbəri qeyd edib ki, ABŞ “çox uzaqdadır” və onlar özləri Ukraynaya qoşun göndərməli olmayacaqlar.