
BAKI, 14 fevral. TELEQRAF
ABŞ Dövlət Departamentinin Meksikadakı Narkotiklərlə Mübarizə İdarəsi bütün proqramları dayandırıb.
Teleqraf "Reuters" istinadən xəbər verir ki, dondurulmuş proqramlar fentanil tədarük zəncirinin aradan qaldırılmasına yönəlib.
Agentlik vurğulayır ki, proqramlar çərçivəsində Meksika hökuməti fentanil maddəsini istehsal edən gizli laboratoriyaları tapmaq və məhv etmək, habelə onun istehsalı üçün lazım olan kimyəvi maddələrin Meksikaya idxalının qarşısını almaq üçün təlimlər keçib.
Proqramların dayandırılmasına səbəb Tramp administrasiyasının xarici yardımı dondurmasıdır.