HƏMAS nümayəndə heyəti Moskvaya səfəri çərçivəsində Rusiyadan Qəzza bölgəsi üçün humanitar yardım istəyəcək.

Teleqraf xəbər verir ki, bu barədə "ТАSS" HƏMAS-dakı mənbəyə istinadən bildirib.

Bu gün nəzərdə tutulan səfər çərçivəsində Fələstin hərəkatının təmsilçiləri Rusiyadan İsrail hökumətinə təzyiq etməsini də xahiş edəcəklər. Hərəkat üzvləri bildiriblər ki, bunu "İsrailin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi" üçün istəyirlər.