Latviya Rusiya hökumətinin müraciətini təmin etməyib.

Teleqraf.com xəbər verir ki, Latviya sabiq rus aktyoru, hazırda əcnəbi casus hesab olunan Artur Smolyaninovu Rusiyaya qaytarmaqdan boyun qaçırıb.

Smolyaninovun barəsində 2024-cü ilin oktyabrında həbs qərarı verilib. Aktyor RF silahlı qüvvələri barədə yalan məlumat yaymaqda və cəmiyyətdə nifaq toxumu səpməkdə ittiham olunur.

Hazırda Smolyaninovun Latviyada yaşadığı bildirilir.