ABŞ Prezidenti Donald Tramp ABŞ tərəfindən NATO-nun maliyyələşdirilməsinin dayandırıla biləcəyini deyib.

Teleqraf.com xəbər verir ki, Tramp Ağ Evdəki brifinqdə belə söyləyib.

ABŞ Prezidenti bəyan edib: "Amma biz onlara müəyyən yardım göstərməliyik".

Onun sözlərinə görə, ABŞ NATO-nun maliyyələşdirməkdən imtina edə bilər, çünki alyans Birləşmiş Ştatları "müdafiə etmir".