"Avropa İttifaqının hazırkı Macarıstan hökumətini devirmək və onu “kukla” ilə əvəz etmək arzusu var".

Teleqraf.com Reuters-ə istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

"Biz bilirik ki, onların bizə tətbiq etmək istədikləri bir oyuncaq hökuməti var" - Orban deyib .

Reuters-in məlumatına görə, Orban “kukla hökumət” dedikdə, lideri Peter Magyar olan Macarıstanda Tisza partiyasını nəzərdə tuturdu.