Britaniya həbsxanaların həddindən artıq sıxlığı səbəbindən gələn həftənin əvvəlində təxminən 1100 məhbusu azad edəcək.

Bunu Teleqraf.com Britaniya mətbuatına istinadən xəbər verir.

Times qəzetinin məlumatına görə, məhbuslar oktyabrın 22-də azadlığa buraxılacaqlar.

Sentyabrın 6-da "The Daily Telegraph" yazıb ki, həbsxanalarda yer çatışmazlığı səbəbindən Böyük Britaniya məhbusları Estoniyaya göndərməyi düşünür.