Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalanların xilasetmə işləri davam edir.

Teleqraf.com xəbər verir ki, Kahramanmaraş şəhərində 70 saatdan sonra 9 aylıq hamilə qadın xilas edilib.

Xəstəxanaya aparılan 35 yaşlı hamilə qadının və bətnindəki körpəsinin sağlamlıq vəziyyətinin yaxşı olduğu qeyd olunub.