İranın Sistan-Bəlucistan əyalətinin Hirmənd rayonunda İran sərhədçiləri ilə Taliban qüvvələri arasında toqquşma baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Hirmənd rayonunun qubernatoru Meysəm Baranzadə məlumat verib.

Onun sözlərinə görə, tərəflər arasında silahlı toqquşma hazırda da davam edir.

Baranzadə ölən və yaralananların olub-olmadığı barədə məlumat verməyib. Taliban toqquşmanı təsdiqləyib.