Rusiya ordusu Donetsk vilayəti ərazisində hücumu gemişləndirməyə çalışır, ancaq buna nail ola bilmir.
Teleqraf.com xəbər verir ki, bunu Donetsk vilayət hərbi administrasiyasının sədri Pavel Kırilenko deyib.
"Vəziyyət gərgin olaraq qalır, cəbhə xətti daim güclü atəşə tutulur. Ən qaynar istiqamətlərdə toqquşmalar baş verir", - Krilenko bildirib.
O, əlavə edib ki, düşmənin məqsədi hücumu genişləndirməkdir, ancaq o, buna heç cür nail ola bilmir.
Qeyd edək ki, hazırda Ukraynanın şərqində aktiv döyüşlər davam edir. Baş Qərargahın məlumatına görə, işğalçılar müxtəlif istiqamətlərdən hücumlar həyata keçirməyə çalışsalar da, buna nail ola bilməyiblər.