BAKI, 12 aprel. TELEQRAF
ABŞ ilə danışıqlardan sonra İran nümayəndə heyəti Pakistanın paytaxtını tərk edib.
Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, İran nümayəndə heyəti İslamabad şəhərindən ayrılıb. Bununla bağlı əlavə detallar açıqlanmayıb.
Qeyd edək ki, tərəflər arasında keçirilən danışıqlar Pakistanın vasitəçiliyi ilə baş tutmuş və bir sıra məsələlər üzrə fikir ayrılıqları qalmaqda davam edir.