ABŞ prezidenti Co Baydenin reytinqi ilk dəfə 40 faizdən aşağı düşüb və 38 faizə enib.

Teleqraf.com xəbər verir ki, GALLUB sorğu mərkəzinin açıqladığı rəqəmlər bunu göstərir.

Ötən ilin sentyabrından bu ilin iyun ayına kimi ABŞ prezidentinin reytinqi 40-43 faiz arasında dar diapazonda dəyişirdi.

Bir il əvvəl Baydenin bal ayı ABŞ-da koronavirus hadisələrinin artması fonunda təsdiq reytinqinin 50 faizə düşməsi ilə başa çatdı.

ABŞ ordusnun Əfqanıstandan xaotik şəkildə çıxarılmasından sonra son 40 ilin ən yüksək inflyasiyası, qaz qiymətlərinin rekord bahalaşması Baydeninin reytinqinin düşmə tendensiyasını gücləndirdi.