ABŞ-ın Alyaska ştatının Fairbanks şəhərində 15 yaşlı yeniyetmə 5, 8 və 17 yaşlı üç bacısını öldürərək intihar edib.

Teleqraf.com xəbər verir ki, o, 7 yaşdan kiçik üç bacı-qardaşına xəsarət yetirməyib.

Polis hadisə zamanı uşaqların valideynlərinin evdə olmadığını bildirib.

Cinayətdə istifadə olunan silahın ailəyə aid olduğunu ortaya çıxıb. Hazırda hadisənin səbəbi araşdırılır.