Belarus hökuməti əhalinin gizli səfərbərlik imkanlarını araşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Belarus Silahlı Qüvvələrinin Volın və Polissyada Brest və Qomel istiqamətlərində - sərhədyanı ərazilərdə yerləşdirilməsi davam edir. Mövcud məlumata görə, bu rayonların hərbi komissarlıqları əhalinin gizli səfərbərlik imkanlarını öyrənir”, - məlumatda deyilib.

Məlumata görə, iyunun 28-dən iyulun 16-dək Qomel vilayətində çağırışçılarla hərbi görüşlərin keçirilməsi planlaşdırılır.