
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Cozef Bayden arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə lideri NATO-nun Madrid sammitinə yola düşməzdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib.
“ABŞ Prezidenti bu axşam və ya sabah görüşmək arzusunu bildirdi. Biz də “ola bilər” dedik”, - Ərdoğan qeyd edib.