"Tesla" şirkətinin rəhbəri İlon Maskın sərvəti təxminən 17 milyard dollar azalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Buna səbəb kimi "Tesla"nın işçi qüvvəsinin 10 faizini ixtisar etməli olacağı xəbərləri fonunda səhmlərinin ucuzlaşması ilə əlaqələndirilir.

Nyu-York birjasında keçirilən ticarət sessiyası zamanı "Tesla" səhmləri 5%-dən çox ucuzlaşdığından İlon Mask 16,9 milyard dollar itirib.

Bununla belə Mask yenə də planetin ən varlı adamıdır və 216,8 milyard dollar sərvətə malikdir.