Belarus Baş qərargah rəisi Viktor Quleviç birgə hərbi təlim üçün ölkəsinə gələn Rusiya hərbi birləşmələrinin lazım gəldikdə daimi bazalarına qayıdacaqlarını bildirib.

Teleqraf.com xəbər verir ki, Quleviç ölkədəki səfirliklərin hərbi attaşelərinə verdiyi brifinqdə Belarus və Rusiya arasında keçirilən birgə hərbi təlimdə iştirak edən rus qoşunları ilə bağlı açıqlama verib.

“Rusiya Silahlı Qüvvələrinin bölmələri yalnız biz bunu özümüz müəyyən etdikdə və konkret ehtiyac olduqda daimi yerləşdikləri bazalara qayıdacaqlar. Bu, sırf bizim daxili işimizdir”, - baş qərargah rəisi deyib.

Üstəlik, Quleviç vurğulayıb ki, bu, daha çox Şərqi Avropaya, o cümlədən Belarus sərhədləri yaxınlığında qoşun yeridən Qərbin davranışları ilə bağlıdır.

Belarus Müdafiə naziri Viktor Xrenin dünən Ukraynanın işğal edilmiş Donbas bölgəsində vəziyyətin pisləşməsi və sərhədlərdə hərbi fəaliyyətlərin artması səbəbindən Rusiya ilə birgə təlimlərin davam etdiriləcəyini açıqlayıb.