ABŞ Prezidenti Co bayden Virciniyadakı bir hərbi bazada çıxış edərkən azyaşlı qız haqda işlətdiyi sözlərə görə tənqid edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.
Hərbçilərdən birinin qızı çıxışı zamanı Amerika liderinin diqqətini yayındırıb.
“Saçlarınızdakı bobi sancaqlarını sevirəm. Ona bax, 19 yaşındaymış kimi görünür, ayaqları çarpazlanmış kiçik bir xanım kimi oturur”, - Bayden bildirib.
Bayden buna görə sosial şəbəkələrdə kəskin tənqidə məruz qalıb. Şəbəkə istifadəçiləri 78 yaşlı Baydenin davranışının doğru olmadığını, belə bir hərəkətin Donald Tramp tərəfindən edildiyi təqdirdə bu xəbərin “The New York Times” və “CNN”in gündəmindən ən azı iki həftə düşməyəcəyini bildiriblər.