Tvitter ABŞ Prezidenti Donald Trampın Şimali Karolina ştatının seçicilərinə prezident seçkilərində poçt ilə səs vermək, sonra seçki məntəqələrinə getmək çağırışına xəbərdarlıq mesajını təkrarlayıb.
Teleqraf.com xəbər verir ki, Tramp Şimali Karolina seçicilərinə prezident seçkilərində əvvəlcədən poçt ilə səs vermək və səslərinin hesaba alınıb-alınmamasını görmək üçün məntəqələrə sonra getmək çağırışı etmişdi.
"Tvitter"in xəbərdarlığında bildirilir ki, Trampın paylaşımı sosial şəbəkənin qaydalarını pozub. Paylaşımla bağlı əməliyyatlar məhdudlaşdırılıb, tvitləri bəyənmək olmur.