Livanın paytaxtında güclü partlayış baş verib. Terrorçu-kamikadze partlayıcı maddə ilə dolu avtomobili partladıb. Hadisə Braziliyada futbol üzrə Dünya çempionatını izləyən azarkeşlərlə dolu kafenin yaxınlığında baş verib.
12 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisəyə görə məsuliyyəti hələlik heç kim öz üzərinə götürməyib. Araşdırma aparılır.