GƏNCƏ, 7 oktyabr. TELEQRAF
“Qalib gəlmək üçün çox çalışmışdım. Şükür olsun ki, əziyyətim yerdə qalmadı”.
Teleqraf-ın Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə III MDB Oyunlarında qızıl medal qazanan Elşad Abbasov jurnalistlərə açıqlamasında deyib.
O, milli komandanın məşqçilərinə təşəkkür edib: “Ümid edirəm ki, qızıl medalların ardı gələr. Növbəti hədəfim Avropa və dünya çempionu olmaqdır”.