GƏNCƏ, 7 oktyabr. TELEQRAF

Bu gün Gəncə Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub.

Teleqraf-ın Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, 10 çəki dərəcələri üzrə qaliblər bəlli olub.

Azərbaycanı təmsil edən altı güləşçi medal qazanıb. Elşad Abbasov (51 kq), Əli Nəzərov (60 kq) və İslam Sultanov (71 kq)çempion olublar. Yusif Mirzəyev (48 kq) və Nicat Yeylaqaliyev (80 kq) - gümüş, Hikmət Haqverdiyev (55 kq) isə bürünc medal qazanıblar.

***
18:59

III MDB Oyunları çərçivəsində keçirilən yunan-Roma güləşi üzrə yarış davam edir.

Teleqraf-ın Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan təmsilçisi İslam Soltanovla (71 kq) qızıl medal əldə edib.

Nicat Yeylaqəliyev (80 kq) isə gümüş medala layiq görülüb.

***

18:25

III MDB Oyunları çərçivəsində keçirilən yunan-Roma güləşi üzrə yarış davam edir.

Teleqraf-ın Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan təmsilçisi Əli Nəzərov (60 kq) rusiyalı rəqibi İvan Kozlovu məğlub edərək qızıl medala sahib çıxıb.

***

18:19

III MDB Oyunları çərçivəsində keçirilən yunan-Roma güləşi üzrə yarış davam edir.

Teleqraf-ın Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan turnirin final mərhələsi start götürüb.

Azərbaycan təmsilçiləri Elşad Abbasov (51 kq) qızıl, Yusif Mirzəyev (48 kq) gümüş, Hikmət Haqverdiyev (55 kq) isə bürünc medal qazanıb.