BAKI, 19 avqust. TELEQRAF

Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı davam edir.

Teleqraf xəbər verir ki, üçüncü yarış günündə Azərbaycanın daha bir sərbəst güləşçisi fəxri kürsüyə qalxıb.

Vasif Bağırov (57 kq) təsəlliverici görüşdə yaponiyalı Rin Sakamotoya heç bir şans tanımayıb – 10:2. O, həlledici qarşılaşmada isə moldovalı Yon Bulqarunu 8:2 hesabıyla üstələyərək bürünc medalı boynundan asıb.

Anar Cəfərli (92 kq) bürünc medal uğrunda qarşılaşmada amerikalı Konnor Mirasolaya uduzaraq (0:10) beşinci yerlə kifayətlənib.