BAKI, 28 iyul. TELEQRAF
Azərbaycan Taekvondo Federasiyasının məşqçilər korpusunda yeni təyinat baş tutub.
Teleqraf xəbər verir ki, bu barədə qurumun rəsmi səhifəsi məlumat yayıb.
Belə ki, Elmir Fərəcov deflimpiya üzrə taekvondo milli komandasının baş məşqçisi, Rauf Rəhimov isə komandanın böyük məşqçisi təyin olunub.